Oğurluq edib, böhtan atan nökərləri Həzrət Loğman necə ifşa etdi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir zamanlar Loğman Xəvacəyə xidmət edirdi. Xəvacənin çoxlu nökərləri var idi.
Loğman aqil olduğu üçün, Xəvacə həmişə ona xüsusi diqqət göstərərdi. Başqa nökərlər də buna görə ona həsəd aparardılar. Loğmanı bədnam etmək üçün səy göstərirdilər.
Bir gün Xəvacə Loğmana və bir neçə nökərinə əmr edir ki, bağa gedib meyvə dərsinlər. Onlar meyvələri dərib evə qayıtdılar. Yol gedən zaman nökərlər meyvələri bir-bir yeməyə başladılar. Evə çatan zaman meyvələrin hamısı artıq bitmişdi. Səbəti boş halda evə gətirdilər.
Xəvacə meyvələr haqqında soruşanda nökərlər dedilər ki, meyvələrin hamısını Loğman yemişdir.
Xəvacə çox əsəbiləşir və soruşur: "Ey Loğman! Niyə meyvələri yemisən? Məgər bilmirsən ki, mənim bu axşam qonağım vardır? Mənə de görüm, bu qədər meyvəni necə yeyə bilmisən?".
Loğman cavab verir: "Mən ağzımı bu meyvələrə vurmamışam, çünki bu, sizə qarşı xəyanət olardı".
Xəvacə deyir: "Necə sübut edə bilərsən ki, meyvələri sən yeməmisən? Halbuki, nökərlərin hamısı deyir ki, sən yemisən?".
Loğman: "Ey Xəvacə! Bizi imtahan et və görəcəksən ki, meyvələri kim yemişdir".
Xəvacə: "Ey Loğman! Məni ələ salırsan? Necə başa düşüm ki, meyvələri kim yemişdir? Hər kim meyvələri yeyibdirsə, artıq onun qarnındadır. Bu iş üçün gərək hamının qarnını yarım".
Loğman: "Tamamilə doğrudur. Meyvə o kəsin qarnındadır ki, onu yemişdir. Ancaq meyvələrin kimin yediyini bilmək üçün qarınlarını yarmağa ehtiyac yoxdur. Əmr ver ki, hamımız isti su içək və sən ata min, biz də sənin dalınca qaçaq".
Xəvacə: "Çox yaxşı, ancaq bu iş necə nəticə verəcəkdir?".
Loğman: "Nəticəsi işin sonunda görünəcəkdir".
Xəvacə əmr verir və hamı isti su içir. Sonra isə onun atının dalınca qaçırlar.
Bir saatdan sonra bütün nökərlər, eləcə də Loğman qusur. İçdikləri isti su mədələrində olanları bayıra çıxardır.
Xəvacə başa düşür ki, bütün nökərlər meyvələri yeyiblər və Loğman günahsızdır. Ona görə də nökərlərini cəzalandırır və Loğmanı tərifləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
XƏBƏR LENTİ
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı





