Maraqlı

Ad günü olan vətəndaş həmin gün işləməsin - Yeni TƏKLİF

26 İyul 2022 20:15
0 Şərh     Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Dövlət Duması qanuna dəyişiklik etməyə hazırlaşır.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, deputat Oleq Matveyçev vətəndaşların ad günündə işə gəlməmək hüququnun verilməsi təklifini irəli sürüb.
O, Əmək nazirliyinə də müraciət ünvanlayıb.

Əmək məcəlləsində bu məsələ nəzərdən keçirilib. Doğum günü olan şəxs həmin gün ya qısaldılmış saat çalışmalıdır, ya da ümumiyyətlə istirahət verilməlidir.

Deputatlar bunu onunla əsaslandırıb ki, ad günü ənənəvi olaraq ailə məclisi ilə qeyd edilir və bu özəl günü keçirmək üçün vətəndaşın vaxtı olmur.

Qanuna belə dəyişiklik şirkət və idarələrin iş keyfiyyətini aşağı salmayacaq.

Rəhbərlik öncədən biləcək ki, hansı gün hansı əməkdaşı ad gününə görə işləməyəcək.

Bundan öncə Dövlət dumasında məmur və deputatlar üçün istirahət və tətil günlərinin minimum həddə qədər azaldılması təkıif edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.