Dünyaca məşhur amerikalı aktrisa Lindsi Lohan həyat yoldaşı Bader Şammas ilə bal ayını Bodrumda keçirir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir çoxlarının sevimli tətil məkanı Bodruma valeh olan Lohan sosial media hesabında tez-tez rəngarəng bal ayı anlarının fotolarını paylaşır.
Qeyd edək ki, kino karyerasına 11 yaşında başlayan amerikalı ulduz "Valideynlər üçün tələ" və "Pis qızlar" kimi bir çox filmlərindəki rolları ilə tanınır.
Milli.Az