Maraqlı

Meymunçiçəyini geylər yayır? - Yeni pandemiyanın sirri

30 İyun 2022 22:25
0 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq pandemiya elan edilən meymunçiçəyi xəstəliyi müxtəlif yollarla keçir: kiminsə sadəcə bir az qızdırması qalxır, bəzilərində isə xarakterik səpgilər və ağrı o qədər olur ki, vəziyyət xəstəxanada həkimlərin nəzarəti altında olmağı tələb edir. Həkimlərin nöqteyi-nəzərindən cəmiyyətə çoxlu sayda yoluxma hallarının təsirsiz ötüşmə ehtimalı çox azdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Qərbi və Mərkəzi Afrikada bu virusun nəzərəçarpacaq dərəcədə yüksək yayılması istiqamətində məntiqi bir tendensiya var: bu patogen üçün təbii rezervuar rolunu oynayan meymunlar orada yaşayır. Əslində indiyə qədər virusoloqlar hesab edirdilər ki, insan bu infeksiyaya yalnız xəstə heyvanla təmasda yoluxa bilər. Amma fakt budur ki, Avropada yoluxmaların əksəriyyəti heç vaxt Afrikaya getməyən gənclərdə qeydə alınıb. Onların meymunlardan deyil, bir-birindən yoluxduğu tamamilə aydındır. Bu elm üçün yeni bir şey oldu. Xəstələrin demək olar ki, əksəriyyətinin gey və ya biseksual olması da müəmmalıdır.
Mayın sonunda Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi 152 yoluxmuş kişidən müsahibə alıb və onlardan 151-i kişilərlə cinsi əlaqədə olduqlarını səmimi etiraf edib. Maraqlıdır ki, 152-ci şəxs bu suala ümumiyyətlə cavab verməkdən imtina edib.
Alimlər artıq müəyyən araşdırmalar aparmağa müvəffəq olublar, meymunçiçəyi DNT-si, hətta canlı virus hissəcikləri spermada tapılır, lakin bunun infeksiya üçün nə qədər vacib olduğu tam aydın deyil. Virusoloqlar hələ də virusun ötürülməsinin əsasən dəri təması və hava damcıları vasitəsilə baş verdiyinə inanmağa daha çox meyllidirlər. Amma yoluxma və hadisələr göstərir ki, bütün bunlar homoseksual cəmiyyətin həyati fəaliyyətinin hansısa unikal təzahürü deyil.
Vəziyyəti aydınlaşdırmaq üçün alimlər həmin 152 xəstə ilə söhbəti davam etdiriblər, onlardan 45-i əlavə, daha doğrusu, açıq suallara cavab verməyə razı olub. Məlum olub ki, bu 45 nəfərin yarısından az hissəsi son üç ayda ondan çox seks partnyoru ilə ünsiyyət qura bilib. Məhz eyni sayda virusun inkubasiya dövründə olan (meymunçiçəyi təxminən iki həftə davam edir, lakin üç həftəyə qədər də uzana bilər) qrup cinsi əlaqədə olduqlarını etiraf edib.
Qeyd etmək lazımdır ki, Avropada cinsi azlıqlar üçün xüsusi yaradılmış müxtəlif güclü qurumlar mövcuddur. Epidemioloqlar şübhələnirlər ki, meymunçiçəyi məhz orada məskunlaşıb və hər şey ABŞ-da 2000-ci illərdə qızılı stofilokokk epidemiyası zamanı olduğu kimi, eyni şəkildə davam edəcək: əvvəlcə infeksiya gey icmasında rahat şəkildə yayılır, sonra idman salonlarına köçür, sonra həbsxanaları bürüyür.
Belə bir versiya da var ki, bəlkə də homoseksual meylli kişilər daha tez-tez həkimə gedirlər və testlər aparırlar, buna görə də virus onlarda aşkar olunur. Amma həkimlər bu versiyaya şübhə ilə yanaşır: artıq qeyd etdiyimiz kimi, insan səpgilər əmələ gələndə və ağrıdan əziyyət çəkəndə, gey olub-olmamasından asılı olmayaraq, yenə də həkimə gedəcək. Mütəxəssislər heç kimə əxlaq dərsi oxumaq istəmədiklərini, əldə etdikləri məlumatları sadəcə açıqlamağa layiq gördüklərini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.