Ailə həyatını çətinləşdirən 8 adətə qalib gəlmək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ailə - kiçik bir cəmiyyətdir ki, orada baş verən mənfi və müsbət hallar cəmiyyətə də sirayət edir. Ona görə də ailə quran hər bir insan ailəsinə və cəmiyyətə görə məsuliyyət hiss etməlidir. Üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Bəzən elə adətlərə sahib oluruq ki, müştərək ailə həyatımızı çətinləşdirir. Əgər onlardan əl çəkə bilsək, ailə həyatımız daha səfalı və mehriban olar.
Bunlara nəzər salaq:
1. Qarşı tərəfin zati adətlərini dəyişdirməyə səy göstərmək. Bəzən cütlər bir-birinin bəyənmədiyi adətlərini dəyişdirməyə səy göstərərlər. Ancaq insan qəbul etməlidir ki, heç kəs ideal və kamil deyildir. O, özü olmaq istəyir və deməli, özü qərar verməlidir ki, hansı adətlərini dəyişdirə bilər.
2. Ailədə problem axtarmaq. Əgər qarşı tərəfin ailəsində və ya ailə üzvlərində hansısa səhvləri üzünə vurmaq istəsəniz, o zaman bu, sizə ancaq problemlər yaradacaqdır, ailə həyatınızın hüzurunu pozacaqdır.
Ona görə də heç bir zaman qarşı tərəfin ailə üzvlərini pisləməyin, əksinə - onlara hörmət etdiyinizi dilə gətirin.
3. Heç vaxt dava mübahisə etməmək qərarı baş tutan deyildir. Əgər xanım və ya gənc ailə qurmazdan əvvəl belə düşünürsə ki, eşqlə ailə qurduğu üçün ailəsində heç bir zaman mübahisə olmayacaqdır - yanılar. Çünki bu,mümkünsüz bir şeydir. Hər iki tərəf ayrı-ayrı tərbiyə gördüyü üçün, istər-istəməz, nəyinsə üstündə mübahisə edəcəkdir. Ancaq eşq olarsa, bu küsülülüyü daha tez arxada qoymağı bacaracaqlar.
4. Danışmamaq. Əgər qarşı tərəfə görə bir probleminiz vardırsa, o, sizin zehninizi oxumaq qabiliyyətinə malik olmadığı üçün, onunla bu haqda söhbət etməlisiniz. Bu söhbətdə sizi narahat edən mövzuya toxunub, onu aradan qaldırmaq istədiyinizi dilə gətirməlisiniz.
5. Əl telefonuna yapışıb, əl çəkməmək. Əgər həyat yoldaşınız sizin yanınızda əyləşibdirsə, zəhmət olmasa əl telefonunu bir neçə dəqiqə də olsa, kənara qoyub ona diqqət göstərməyə çalışın.
6. Bağışlamağı unutmaq. İnsan adətən ona qərib olan insanların üzrünü rahat qəbul edir. Ancaq çox vaxt bu cür rahatlıqla həyat yoldaşının üzrünü qəbul edə bilmir. Çünki bəzən insan güzəşt etmək adətini unudur.
7. Müqayisə etmək. Ailə quran insan mütləq hal-hazırkı ailəsi ilə qənaətlənməlidir. Onu bir başqaları ilə müqayisə etməməlidir. Çünki bu müqayisə öz doğmasına həqarət etməkdən başqa bir şey olmaz.
8. Yalan danışmaq. Əgər həyat yoldaşınıza etimad edirsinizsə, ona heç bir zaman yalan deməzsiniz. Yalan o zaman meydana gələr ki, bu etimad aradan gedər. Ona görə də səy edin ki, həyat yoldaşınızın etimadını qazanmağı bacarasınız.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





