Maraqlı

Sərxoş kişi alpinistin ipini kəsdi

15 İyun 2022 18:15
0 Şərh     Baxış: 1 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvadakı hündürmərtəbəli binanın sərxoş sakini sənaye alpinistini quldurla səhv salıb kəndiri kəsməyə başlayanda az qala onü öldürürdü.

Milli.Az SHOT teleqram kanalına istinadən bildirir ki, alpinisti qışqırmağa başlayan həmkarları xilas edib.

24 yaşlı alpinist hündürmərtəbəli binanın fasadını təmir edərək səkkizinci mərtəbədə işləyib. Bu zaman pəncərədən 50 yaşlı Şura B. görünüb. O, spirtli içki qəbul edib və işçinin onu soyacağını düşünüb. Kişi kəndiri kəsməyə başlayanda alpinist damın üstünə çıxıb və oradan heç bir xəsarət almadan girişə enə bilib.

Polis əməkdaşları kişinin yanına gəldikdə, o, əlindəki bıçaqla onları qarşılayıb, həmçinin qışqırmağa, söyüş söyməyə və hədələməyə başlayıb. Bundan sonra həmin şəxsə qarşı "Öldürməklə hədələmə" və "Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə" maddələri ilə iki cinayət işi açılıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.