Maraqlı

Münasibətlərini tanış olduqları dağın zirvəsində rəsmiləşdirdilər - VİDEO

15 İyun 2022 16:22
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Antalya şəhərindən olan cütlük münasibətlərini tanış olduqları dağın zirvəsində rəsmiləşdirmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nikah mərasimi 1 651 metrlik Çalbalı dağın zirvəsində baş tutub.

Sema Doğan və Oğuz Öztürk adlı gənclər dağçılıq idmanı ilə məşğul olurlar.

Onlar iki il əvvəl Konyanın Hisarçandır kəndinin ərazisində yerləşən Çalbalı dağının zirvəsinə təşkil edilən tur zamanı tanış olublar. 

Havanın buludlu və çiskinli olmasına baxmayaraq nikah mərasimi uğurla baş tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.