Hollivud aktyoru Hyu Cekman Nyu-Yorkdakı malikanəsini satışa çıxarıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sözügedən evdə 14 ildir həyat yoldaşı Debora Li Förnes ilə birgə yaşayıb.
3 mərtəbəli villada 5 yataq, 6 vanna otağı, sauna, fitness mərkəzi və kitabxana da var. Mülkün pəncərələrindən isə Hudson gölünün mənzərəsini izləmək mümkündür.
Cekman iqamətgahı 39 milyon dollara müqabilində yeni alıcıya satmağı planlaşdırır.
Milli.Az