Maraqlı

Tanınmış idmançı yarış zamanı “ölüm zolağı”nda həlak oldu - FOTO

3 İyun 2022 09:52
0 Şərh     Baxış: 1 176
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

29 yaşlı motosiklet yarışçısı Mark Perslou Men adasında yarış zamanı qəzaya düşüb, həkimlər idmançının həyatını xilas edə bilməyiblər.

Qəza təsnifat mərhələsinin üçüncü raundunda baş verib. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, britaniyalı idmançı idarəetməni itirərək trasdan çıxıb. Bundan sonra Purslou ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Orada onu xilas etmək mümkün olmayıb.

Perslou 2017-ci ildə Men Qran-prisini qazanıb. O, karyerasında ikinci dəfə bu yarışa qatılmışdı.

Men adasındakı tras dünyanın ən çətin və təhlükəli yollarından biri hesab olunur. Ümumilikdə, 1907-ci ildən bəri orada keçirilən yarışlarda 250-dən çox insan həlak olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.