Ağır qidalanmadan sonra qaraciyərimizi necə bərpa edə bilərik? - Həkim məsləhəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müxtəlif məclis və qonaqlıqlar, yeyib-içmək süfrələri ağızlara dad gətirsə də, ertəsi gün xoşagəlməz nəticələrlə üzləşirik. Səhəri gün başda yaranan ağrı, mədə nahiyəsində narahatlıq hissi əksər hallarda həmin qidalanmanın nəticəsi olur.
Ağır qidalanmadan sonra qaraciyəri bərpa etmək üçün mövcud üsullardan danışan həkim-fitoterapevt Esmira Zeynalova Azərtac-a deyib: "Qaraciyərin özünü yeniləmə qabiliyyəti güclüdür. Onun bərpa prosesinə zərərli vərdişlərdən imtina edəndən sonra başlamaq lazımdır. Qida, xüsusilə yağlı yeməklər normadan artıq qəbul ediləndə bağırsaqda külli miqdarda yağ turşuları əmələ gəlir və qanla qaraciyərə daşınır. Qaraciyər hüceyrələrində triqliseridlərin toplanması mübadilə proseslərini pozur və piy distrofiyasının inkişafına səbəb olur.
Acı qudaların qəbulu qaraciyərin işini yaxşılaşdırır. Bəzi acı dada malik göyərtilər qaraciyərdə öd ifrazını artırır və toksiki maddələrin xaric olmasını sürətləndirir. Məsələn, kahı və vəzəri həmin göyərtilərə aiddir. Balqabaq, yerkökü, çuğundur, ağ turp, ənginar, brokkoli, Brüssel ağbaş və gül kələmi kimi tərəvəzlər güclü ödqovucu təsir göstərir".
Qidalanma barədə danışan həkim-fitoterapevt deyib: "Yerfındığından başqa bütün ləpələr, əsasən qoz, fındıq, badam, keşyu, həmçinin balqabaq və günəbaxan tumları qaraciyərin qoruyucularıdır. Onlar əvəzolunmaz essensial fosfolipidlər və antioksidantlarla zəngin olduğuna görə qaraciyər hüceyrələri üçün inşaat materialı rolunu oynayır və sərbəst radikalları neytrallaşdıraraq hepatositlərin zədələnməsinin qarşısını alır. Qaraciyərin təmizlənməsi üçün maqnezium-sulfatlı mineral sular çox faydalı hesab olunur.
Səhər süfrəsində kolbasalı buterbrodları meyvələr və onların şirələri ilə əvəz etməklə qaraciyərin yükünü azaltmaq olar. Alma və armud şirələri daha faydalıdır. Onların tərkibində xolesterini neytrallaşdıran və toksinləri orqanizmdən xaric edən pektin maddələr var. Giləmeyvələrdə qaraciyər üçün vacib olan başqa maddələr, papain və koenzim daha çoxdur. Qaraciyərin müalicəsi üçün yağsız süd məhsulları, bal, qarabaşaq və yulaf yarmaları qəbul edilməlidir. Ən faydalı axşam yeməyi isə kəsmik, suda bişirilmiş yağsız ət və tərəvəzlərdir. Müasir dövrdə ekoloji mühitin çirklənmə dərəcəsini nəzərə alsaq, böyük şəhərlərdə yaşayanların orqanizminə daxil olan toksinləri neytrallaşdırmaq üçün hər gün 700-800 qram çiy meyvə və tərəvəzlə qidalanmaq lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov





