Bu qidalar sizi qripdən qoruyacaq - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış aylarında havaların soyuması ilə yanaşı, qapalı məkanlarda daha çox vaxt keçirmək, ictimai nəqliyyat vasitələrindən mütəmadi istifadə etmək, asqıran və öskürən insanlarla eyni ortamda olmaq bakteriya və virusların yayılmasına səbəb olur. Amma artan qrip və soyuqdəymə hallarından qorunmaq, şikayətləri azaltmaq və daha tez sağalmaq mümkündür.
Bəs dərman istifadə etmədən mətbəximizdəki təbii qidalardan antibiotik kimi yararlana bilərikmi?
Təbii ki, bir neçə qida ilə immunitet sistemini gücləndirə, antibiotik dərmanlar yerinə qidaların təbii antibiotik xüsusiyyətlərindən yararlanmaq mümkündür.
Medicina.az antibiotik kimi istifadə edə biləcəyiniz qidaları və qrip, soyuqdəymə hallarına qarşı zəncəfilli şorba reseptini təqdim edir:
Bal: Hər səhər bir çay qaşığı bal yemək antibakterial və antivirus xüsusiyyəti ilə immunitetinizi qorumağa yardım edir. Gün ərzində enerjinizi artırır.
Zəncəfil: Zəncəfilin tərkibində yer alan gingerol maddəsi ağrıkəsici, qızdırma aşağı salan və sakitləşdirici effektlidir. İncə-incə doğranmış 1 çimdik zəncəfili limon sıxılmış ilıq suda 20 dəqiqə saxlayıb gündə 2-3 dəfə içdikdə boğaz ağrıları və öskürəyin keçməsinə yardımçı olur.
Soğan və sarımsaq: Haradasa bütün yeməklərə əlavə edilən soğan və sarımsaq qış aylarında süfrənizdən əskik edilməməli olan antibiotik xüsusiyyətli iki qidadır.
Sarıkök: Antibakterial xüsusiyyəti olan sarıkökü 1 stəkan qaynar suda 5 dəqiqə dəmləyərək gündə 2-3 dəfə için.
Adaçayı: Antivirus özəllikli adaçayı ağız və boğaz müalicəsinə faydalıdır. 3-4 qram yarpağı 1 stəkan isti suda 5-10 dəqiqə dəmlədib qarqara edə bilərsiniz.
Çörəkotu: İmmunitet sistemini dəstəkləyən çörəkotunu gündə 1 çay qaşıq olmaqla yaxşı çeynəyərək yeyin.
Zəncəfilli şorba resepti
1 yemək qaşığı kərə yağında 1 soğan və 2 diş sarımsağı qovurun. Üzərinə doğranmış kök və 1 kiçik kərəvəz əlavə edin. 5 stəkan isti su əlavə edib qaynadın. 1 yemək qaşığı rəndələmiş zəncəfil və 1 çay qaşığı sarıkök, duz, istiot əlavə edib bişirin. Blendrdən keçirib kərəvəz yarpaqları ilə bəzəyin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





