Nəyə görə peyvənd vurduranların sayı SIFIRDIR? - TƏBİB-dən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər peyvənd göstəricilərinin sıfır olmasına münasibət bildirib.
Bildirilib ki, əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsi hazırda ölkə ərazisində uğurla davam etdirilir.
"Məlumat üçün qeyd edək ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq tibb işçiləri və risk qrupunda olan insanlar da daxil olmaqla əhalinin böyük əksəriyyəti ən az iki doza vaksin olunub.
Son iki il ərzində virusla mübarizə tədbirləri ilə bağlı tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Yoluxmanın tempinin kəskin azaldılması, eyni zamanda, virusa qarşı kütləvi immunitetin formalaşdığı əsas götürülərək may ayı ərzində qeyri-iş günlərində peyvəndlənmə prosesində iştirak edən tibb işçilərinə də istirahət verilməsi qərara alınıb.
Statistikanın az olması qeyri-iş günlərində peyvənd prosesinin həyata keçirilməməsi ilə bağlıdır. Hazırda peyvəndlənmə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə ən yaxın tibb müəssisəsində peyvənd oluna bilərlər", - qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Ailəli deyiləm, həyatımda da heç kim yoxdur"
-
FHN boğulmaq təhlükəsi ilə üzləşən 19 nəfəri xilas etdi
-
Trampın Meloni ilə bağlı sözlərinə İtaliya hökumətindən cavab
-
Benzia "Əl-Feyha" ərəb klubundan ayrıldı
-
20 manatlıq bu rüsum ləğv edilir
-
“İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
-
"Kəpəz" hücumçusunu göndərdi
-
Sığorta ödənişlərinin verilməsi qaydasında dəyişiklik edilir
-
Rahidə Baxışova müflis oldu
-
Mbappeni təhqir etdiyinə görə məhkəməlik oldu
-
Dilarə Əliyeva: "Yazırlar ki, arıqlayandan səsi-danışığı da dəyişib"
-
Azərbaycanda 7 min manatadək yeni cərimələr tətbiq ediləcək
-
Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
-
Fransanın parlayan ulduzu Olise ilə bağlı bilmədiyiniz faktlar - (Foto)
-
Tiflisə gedən qatarlara əlavə 3 vaqon qoşulacaq: Burada biletlər daha ucuzdur
-
İradə İbrahimovaya ağır itki
-
Boşanmadan da aliment almaq olar
-
Sabah Bakıda və rayonlarda yağış yağacaq
-
Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu
-
Abşeronda 7 əl qumbarası, 2 avtomat, 1 tapança aşkarlanıb
-
"Yaprak dökümü"nün ulduzu amerikalı xanımı ilə fotolarını yaydı
-
Mərdəkanda daha bir yeniyetmə dənizdə batdı
-
Cenk Tosunun yeni klubu bəlli oldu
-
Ət ucuzlaşacaq? - Açıqlama





