Maraqlı

Keçəl və daz kişilər koviddən daha çox ölür – Həkimlər

8 May 2022 19:25
0 Şərh     Baxış: 1 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkimlər alopesiyalı, yəni saçları tökülən daz kişilərin kovidə qarşı həssas olduğunu, bu xəstəliyin ağırlaşmasından daha çox hallarda həyatını itirdiyini bildirib.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, həkim endokrinoloq Yekaterina Krivçova bunun səbəbini testosteronda görür.

"İş ondadır ki, bu hormon damar kardioprotektoru hesab olunur. Əgər kişidə testosteron azdırsa, onun ürək-damar sistemi müdafiəsiz qalır.

Zatən saçların daşlaşması da bu səbəbdəndir.
Kovid virusunun əsas hədəfi damarlarda tromboz yaratması olduğu üçün, bu kişilərdə mikrotromblaşma sürətli gedir.
Ona görə də koviddən ölən kişilər arasında daz və keçəl kişilər statistik olaraq çoxdur.

Doğrudur, kovid üçün insanın saçının olub-olmamasının fərqi yoxdur, letal sonluq qadınlarda da olur. Amma testosteron azlığı bu xəstəlikdə ciddi mənada təsir edir".

Həkim koviddən sonra dazlaşma, keçəlləşmənin də artdığını bildirir. Koviddən sonra kişilərdə hormonal balans pozulur, baş damarlarının mikrosilkulyasiyası azalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.