Salavat - qəbirdə olan nurdur, siratda olan nurdur və behiştdə olan nurdur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hədislərdə oxuyuruq ki, qəbir hər gün fəryad çəkər: "Mən dəhşətli evəm. Mən qəm eviyəm". Lakin qəbir hər kəs üçün belə bir ev deyildir. Bəlkə bir çoxları üçün istirahət etdikləri ən münasib yerdir.
Bərzəx aləmində, yəni qəbirdə elə hadisələr baş verər ki, insan əməlinin nəticələridir. Başqa sözlə desək, biz elə əməllər görə bilərik ki, onun vasitəsilə qəbrimizi nurani edərik.
Hədislərdə oxuyuruq ki, meyiti tez bir zamanda qəbrə qoymayın, bəlkə səbir edin. Qəbrin kənarında yerə qoyun. Meyit girəcəyi evə isinə bilsin. Bu qorxunu meytdən ala bilən əməllərdən biri - vəhşət namazıdır.
İnsanın qəbirinin nurani və səfalı olması üçün salavatı çox zikr etməsi mühümdür. Həzrət Peyğəmbər (s) buyurur: "Mənə çoxlu salavat göndərin. Mənə salavat göndərmək qəbirdə olan nurdur, Siratda olan nurdur və behiştdə olan nurdur". Əlbəttə nur dedikdə, həyat nəzərdə tutulur. O yerdə ki, nur olar - əzab olmaz, aclıq və susuzluq olmaz.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, hər kim "Nur" surəsini vacib və ya nafilə namazlarında oxuyarsa, Allah onu qəbir əzabından qoruyar.
Həmçinin gecə namazı haqqında da belə hədislər mövcuddur. Bu hədislər buyurur ki, gecə namazı qəbri işıqlandırar və əzabı aradan aparar. Allah Təala Həzrət Musaya (ə) xitab edir ki, gecənin qaranlığında qalx ki, qəbrini behişt bağlarındakı bağ kimi edim.
İmam Baqir (ə) buyurur: "Əgər kimsə rükusunu tamam etsə, yəni namazını yaxşı yerinə yetirsə, qəbir dəhşəti ona nazil olmaz".
İmam Rza (ə) buyurur: "Gecə namazına çox inayət göstərin. Elə bir bəndə yoxdur ki, gecənin sonunda ayağa qalxsın, 8 rükət gecə nafiləsini, iki rükət şəf namazını və bir rükət vitr namazını qılsın və vitr namazının qunutunda 70 dəfə istiğfar etsin, məgər o halda ki, Allah onu qəbir əzabından hifz edər və Öz pənahında qərar verər".
Ona görə də gecə namazının ilk xasiyyəti budur ki, insan qəbir əzabından xilas olar.
Gecə namazı qılmağın müsbət nəticələri:
1. Qəbir əzabını dəf edər.
2. Cəhənnəm əzabını dəf edər.
3. Ömrü uzun edər.
4. Ruzini çoxaldar.
"Yasin" surəsini oxumaq da qəbir əzabını aradan qaldıra bilən amillərdəndir. Həmçinin Rəcəb ayı gecələrində qılınan Rəğayib namazı da qəbir əzabını dəf edər. Şəban ayında 12 gün oruc tutmaq da bu xasiyyətə malikdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





