Qəbirdə yoldaşının kimin olmasını istəyərdin?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hədislərdə oxuyuruq ki, insanın qəbirdə yoldaşı olar. İndi istərdinmi ki, yoldaşın gözəl simalı bir insan olsun, yoxsa qorxulu simaya malik yırtıcı bir heyvan?
Qeys ibni Asim nəql edir: "Mən Bəni-Təmim camaatı ilə bir yerdə Peyğəmbərin (s) xidmətinə gəlmişdim. Mən dedim: "Ya Peyğəmbər! Bizə elə moizə de ki, ondan fayadalanaq. Çünki biz səhrada yaşayan qəbiləyik və sizin xidmətinizə az gəlirik".
Həzrət (s) buyurdu: "Ey Qeys! Həqiqətən, hər bir izzətin zilləti vardır. Hər bir həyatın ölümü vardır. Dünyanın axirəti vardır. Hər şeyin hesabı vardır. Hər bir şey üçün qoruyucu qərar verilmişdir. Hər bir yaxşı işin savabı və hər bir pis işin cəzası və hər bir əcəl üçün kitab və təqdir müəyyən edilmişdir.
Ey Qeys! Şübhəsiz ki, səninlə elə bir yoldaş dəfn ediləcəkdir ki, o sağdır. Sən də onunla ölü olaraq dəfn olacaqsan. Əgər həmin yoldaş kərim olarsa, səni hadisələrdən qoruyacaqdır. Əgər alçaq olarsa, səni tufan bəlasına tapşıracaqdır. Qiyamət günü də onunla məhşur olarsan. Səndən hesab soruşurlmaz, məgər onunla.
Ona görə də onu saleh qərar ver, çünki əgər salah olarsa, onunla yaxın olarsan, əgər eybli olarsa, heç bir şeydən qorxmazsan, məgər ondan. O, sənin əməlin və rəftarındır".
Həzrətin (s) buyurduğuna görə, insanın əməli bir insan kimi zühur edəcəkdir. Əgər insan saleh əməl sahibidirsə və dünyada rəftarı gözəl olubdursa, həmin yoldaşı gözəl simalı cavan olar.
İnsan onunla yoldaş olmaqdan xoşhal olar. Qəbirdən və Qiyamət günündən qorxmaz. Ancaq əgər əməli çirkin olarsa və Allaha itaətsizlik edərsə, onda bu əməl çirkin bir heyvan simasına düşüb, Qiyamətə qədər ona əziyyət verər. İnsan bu cür yoldaşla bir yerdə olmaqdan çox qorxar və dəhşətə gələr.
İmam Sadiq (ə) buyurur: "O zaman ki, Allah mömin bəndəsini qəbirdən çıxardar, onunla gözəl simalı cavan da çıxar ki, qarşısında olar. Mömin harada Qiyamətin qorxularını görsə, həmin cavan deyər: "Qorxma, qəm yemə. Sənə Allah Təala tərəfindən şadlıq və ehtirama görə müjdə verirəm".
O zamana qədər ki, həmin mömin Allah Təala dərgahında asanlıqla hesab verər və behiştə getmək icazəsini alar. Bu zaman mömin bəndə həmin cavana deyər: "Allahın rəhməti sənə olsun! Necə də yaxşı yoldaşsan ki, mənimlə qəbirdən çıxdın və davamlı olaraq mənə Allah Təala tərəfindən olan şadlıq müjdəsini verdin. De görüm, sən kimsən?".
Həmin cavan deyər: "Mən - sənin dünyada möminin ürəyini şad etdiyinəm. Sən dünyada möminin ürəyini şad etmişdin, Allah Təala da məni ondan yaratdı ki, sənin yoldaşın olam. Sənə müjdə verim"".
Ona görə də hər birimiz qəbir evində bir yoldaşla bir yerdə olacağıq. Ölən insan gözəl yoldaşına sual verər ki, sən kimsən. O, da cavab verər ki, mən sənin əməlinəm. Mən dünyadan bura gəlmişəm və buradan Qiyamət gününə qədər də səninlə olacağam. O zaman ki, qəbirdən çıxacaqsan, mən də səninlə çıxacağam.
Ariflər ona əməlin təcəssümü deyirlər. Yəni insanın əməli müəyyən bir qəlibdə təcəssüm edər. Bu da bizim əməlimizdən asılıdır. Əgər əməlimiz yaxşıdırsa, yaxşı təcəssüm edər, əks halda isə pis.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Çirkin” final edir
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu





