Maraqlı

Ağız boşluğu şişlərinin ilkin əlamətləri

5 May 2022 22:35
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng şişləri ağız boşluğu ilə yanaşı, damarda da olur.

Çox zaman insanlar bunları damaq xəstəliyi, dişlərlə səhv salır.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, onkoloq həkim Barak Larian ağız boşluğu xərçənginin əsas əlamətlərini sadalayıb.

"Ağızda yaralar, iri xoralar, dişlərin dibindən boşalıb düşməsi təhlükəli xəstəliyin əlaməti ola bilər.

Baxmayaraq ki, ağız boşluğundakı bütün xoralar xərçəngönü vəziyyət deyil, amma onların peyda olması xəstəni şübhələndirməlidir.

Dildə ağ-qırmızı ləkələr, ağız içində ağ ləkələr, damaqda xoralar bədhüceyrələrin anomal çoxalmasını göstərir. Bunların bədxassəliyə çevrilmə şansı çoxdur.

2-3 həftə ərzində getməyən, sağalmayan vəziyyət zamanı həkimə müraciət edin.

Siqaret çəkənlərin ağzında bozumtul ağ ağrı verən düyüncüklər də təhlükəlidir.

Damağın içində kökündən oynayan, tərpənən, laxlayan dişlər, udmada çətinlik, səsin dəyişməsi, çənədə və qulaq hissədə ağrı, şişkinlik boğaz və ya ağızda şişdən ola bilər.

Belə hallarda yubanmadan müayinələrə getmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.