Maraqlı

Evdəki yüksək rütubət hansı xəstəliklərə səbəb olur?

3 Aprel 2022 11:30
0 Şərh     Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin nümayəndələrinin fikrincə, yüksək rütubət sağlamlığa zərərlidir.

Məsələn, kif müxtəlif allergenlər, qıcıqlandırıcılar və zəhərli maddələr yarada bilər. Buna görə də insanda burun axması, asqırma, dəri qıcıqlanması, gözlərin qızarması kimi allergiya əlamətləri müşahidə oluna bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bundan əlavə, kif astma tutmalarına səbəb ola, həmçinin tənəffüs yollarının yoluxucu xəstəliklərə və viruslara yoluxma ehtimalını artıra bilər.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti əlavə edib ki, yüksək rütubət bəzi kateqoriyalı insanlar üçün xüsusilə təhlükəlidir. Bunlar uşaqlar, yaşlılar və ekzemadan (dəri xəstəliyi) əziyyət çəkənlərdir. Onlar yüksək rütubətli otaqlarda mümkün qədər az vaxt keçirməyə çalışmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.