Maraqlı

Xiaomi telefonları oyun zamanı niyə yavaşıyır?

2 Aprel 2022 21:05
0 Şərh     Baxış: 973

Məşhur Geekbench bençmark saytının təmsilçilərindən biri Xiaomi Mi 11 smartfon modelinin qeyri-adi test nəticələrini təqdim edib. Məsələ burasındadır ki, smartfonun adi test nəticələri normaldır. Lakin test çərçivəsində mobil oyunları işə salan zaman smartfonun performans göstəriciləri nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Geekbench bençmark saytının yaradıcılarından biri olan John Poole öz Twtter hesabında bildirib ki, Xiaomi şirkəti müəyyən tətbiqlərin işə salınması zamanı smartfonlarının performanslarını aşağı salır. Həmin tətbiqlərin siyahısı isə əməliyyat sisteminin daxilinə inteqrasiya edilib. Nəticədə siyahıda olan bu və ya digər tətbiq işə düşən zaman smartfonun performansı avtomatik olaraq aşağı düşür.

Məsələn, Mi 11 smartfonundakı Geekbench tətbiqinin adı Fortnite-a dəyişdiriləndən sonra smartfonun Geekbench-in birnüvəli testində göstəriciləri 30%, çoxnüvəli testində göstəriciləri isə 15% aşağı düşüb. Eyni hadisə bençmark tətbiqinin adının Genshin Impact oyununun adı ilə əvəz edilməsindən sonra da müşahidə edilib. Güman edilir ki, Xiaomi yüksək resurs tələb edən tətbiqlərin işə salınması zamanı smartfonun performans göstəricilərini bilərəkdən aşağı salır ki, smartfon qızmasının qarşısı alınsın və batareyanın çalışma müddəti uzansın. Xiaomi daha öncə rəsmi şəkildə öz smartfonunda bu cür özəlliyin olduğu barəsində məlumat verməmişdi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə eyni hal Samsung smartfonlarında da müşahidə edilmişdi. Nəticədə Samsung bu mənfi özəlliyi aradan qaldıran sistem yenilənməsini təqdim etdi.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics