Maraqlı

Uşaqlarda autizmi göstərən 12 əsas əlamət

31 Mart 2022 22:05
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Autizm uşaqlarda erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət zamanı problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan hərəkətlərlə müşayiət olunan ümumi inkişaf geriliyidir.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali arasında bu istiqamətdə geniş maarifləndirmə tədbirləri aparılır. Valideynlərə tövsiyə olunur ki, övladlarının erkən yaş dövründə davranışlarına diqqətlə yanaşsınlar.

Uşaqda autizmin əlamətləri:
∙ Göz təması məhduddur və ya yoxdur.
∙ Ətrafa laqeyddir.
∙ Adına reaksiya vermir.
∙ Çox hərəkətli və ya hərəkətsiz olur.
∙ Bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir.
∙ Əksər hallarda insanlara deyil, cansız varlıqlara meyilli olur.
∙ İstədiyi şeyi barmağı ilə göstərmir.

∙ Oyuncaqlarla oynamağı bacarmır.

∙ Bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir.
∙ Nitq inkişafı cəhətdən yaşıdlarından geridə qalır.
∙ Gözləri bir səmtə zillənib qalır.

∙ Yemək yemə problemləri olur.
∙ Müəyyən əşyalara lazımsız yerə bağlanır.
Övladınızda bu əlamətlər müşahidə olunursa, mütləq tibbi-psixoloji məsləhət üçün həkimə və ya psixoloqa müraciət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.