Maraqlı

“Qızıl moruq” mükafatının builki sahibləri - Siyahı

27 Mart 2022 21:02
0 Şərh     Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlin ən pis filmi, rejissoru və aktyorlarının seçildiyi "Qızıl moruq" mükafatının builki sahibləri bəlli olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qalib adına 10 nominasiya üzrə namizəd olan "Diana: The Musical" filmi beş kateqoriyada, o cümlədən əsas - "İlin ən pis filmi" mükafatına layiq görülüb.

Təqdimat zamanı Şahzadə Diananın həyatından bəhs edən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan "Cats" adlı ekran işindən də pis olduğu bildirilib.

"Netflix" tərəfindən ekranlaşdırılan filmin ilk sırada yer aldığı digər nominasiyalar isə "Ən pis rejissor" (Kristofer Eşli), "Ən pis ssenari" (David Bryan və Joe DiPietro), "Ən pis aktrisa" (Janna de Vaal) və "Ən pis ikinci plan aktrisası" (Cudi Key) olub.

Bundan başqa, "Space Jam: The New Generation" filmi də "Ən pis remeyk", "Ən pis ardıcıllıq" nominasiyalarının qalibi olub. "Warner Bros" tərəfindən lentə alınan ekran işində baş rolu canlandıran basketbolçu LeBron Ceyms isə "Ən pis aktyor" adına layiq görülüb.

Aktyor Cared Leto "The House of Gucci" filmindəki roluna görə "İkinci planda ən pis aktyor" seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.