Maraqlı

Çox çay içənlərin NƏZƏRİNƏ!

27 Mart 2022 22:05
0 Şərh     Baxış: 1 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Böyrək daşları Azərbaycanda çox geniş yayılmış xəstəliklərdən biridir. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, Fransa ilə müqayisədə Azərbaycanda böyrək daşı xəstəliyinə 3-4 dəfə artıq rast gəlinir".

Milli.Az aztibb.az-a istinadən bildirir ki, uzman həkim, uroloq-androloq Araz Bayramov bu barədə məlumat verib.

Həkim qeyd edib ki, çünki böyrək daşı xəstəliklərinə isti iqlimlərin mövcud olduğu yerlərdə daha çox rast gəlinir. Həmçinin bu, qidalanma tərzimizlə əlaqədardır. Məlumdur ki, böyrəklər insan orqanizminin ən güclü süzgəcidir. Belə ki, protein mənşəli qidanın - mal və qoyun ətinin mətbəximizdə üstünlük təşkil etməsi qidalanmamızda əsas rol oynayır:

"Bu xəstəliyin yaranmasının səbəblərindən biri də bizim daha çox çay içməyə üstünlük verməyimiz, sudan isə az istifadə etməyimizdir. Lakin daş xəstəliklərinin aradan qaldırılmasında içdiyimiz suyun miqdarı çox vacibdir. Ümumiyyətlə, bizim həyat tərzimiz böyrəklərdə daş xəstəliyinin yaranmasında böyük rol oynayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory