Maraqlı

Orqanizmdə XRONİKİ İLTİHABA səbəb olan məhsullar

1 Mart 2022 23:30
0 Şərh     Baxış: 2 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi qidalar orqanizmdə xroniki iltihabın inkişafına səbəb olur. Xroniki iltihab çox təhlükəli haldır ki, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, həzm sistemi xəstəlikləri, onkoloji xəstəliklərin riskini artırır.

Saglamolun.az oxucularına xroniki iltihaba səbəb olan qidaların siyahısı ilə tanış edir:

1. Şəkər

Şəkər qan və limfa damarlarının daxili divarlarında, ürəkdə, qaraciyərdə iltihab yaradır.

2. Kolbasa, sosis və s. emal olunmuş ət

Bu məhsullar bağırsaqda xroniki iltihabın inkişafına səbəb olur ki, nəticə bağırsaq xəsrçənginin inkişafı riski artır. Bu məhsullar "potensial kanserogen" siyahısına daxildir.

3. Trans-yağlar

Bu yağlar ən ucuz duru yağlardan (palma və s.) hazırlanır. Trans-yağlar orqanizmdə xroniki iltihab yaradır və həmçinin "pis" xolesterinin səviyyəsini qaldırır, damar və ürəyi qoruyan "yaxşı" xolesterinin səviyyəsini isə əksinə aşağı salır.

4. Spirtli içkilər

Spirtli içkilərin tərkibində olan etanol güclü zəhərdir, orqanizmin xroniki intoksikasiyasına səbəb olur, immun sistemini zəiflədir, müxtəlif orqan və sistemlərdə iltihablar yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.