Maraqlı

Arıqlamaq üçün ən yaxşı tərəvəzlər hansılardır?

27 Fevral 2022 13:30
0 Şərh     Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı diyetoloq Natalya Puqaçova arıqlamaq istəyənlər üçün pəhrizə daxil edilməli olan tərəvəz və göyərtilərin adını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, siyahıya rukkola, aysberq kahısı, soğan, ispanaq, kərəviz və s. daxildir.

Ekspert bu məhsulların lif, fol və askorbin turşuları, kaliumla zəngin olduğunu izah edib. Daha yaxşı həzm olunmaq üçün həkim salatları bitki yağı ilə yeməyi məsləhət görüb.

"Arıqlamaq üçün ideal tərəvəz kələmdir. O, pəhriz lifi, bir sıra vitaminlər, kalsium və maqnezium mənbəyidir. Eyni siyahıya yarpaqları ilə birlikdə çuğunduru da aid etmək olar. Zəncəfil, çili, xardal və sarımsaq da orqanizm üçün faydalıdır. Bununla yanaşı, arıqlamaq istəyənlər pəhrizlərinə xiyarı da daxil etməlidirlər", - deyə Puqaçova yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory