Maraqlı

Bu qidalar ürək -damar xəstəliklərinə qarşı faydasızdır - Alimlər

24 Fevral 2022 22:25
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürək xəstəliklərinin profilaktikası üçün bu vaxta kimi faydalı hesab edilən bəzi qidalar əhəmiyyətsiz hesab edilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Oksford, Honk-Konq və Bristol universitetinin alimləri yeni elmi tədqiqatlarında bir çox tərəvəzlərin ürək-damar xəstəliklərinə təsir etmədiyini sübut edib.

Geniş miqyaslı analizlər 400 min insanın tibbi məlumatları üzərində aparılıb. Məlum olub ki, insanın çox miqdarda çiy və ya bişmiş tərəvəz yeməsi infarkt, insultun profilaktikasında rol oynamır, bu xəstəliklərdən ölüm riskini azaltmır.

Alimlər bir daha bu elmi işlə qidaların ürək-damar xəstəliklərinə təsiri barədə bir çox informasiyaların kifayət qədər əsaslı olmamasına diqqət çəkib.

Lakin onlar balanslaşdırılmış qidalanmanın tərəfdarıdır. Əsas tələb bədən çəkisi indeksinin normanı aşmamasıdır.

Bütün günü tərəvəz-meyvə yeməyin ürəyə elə də təsiri yoxdur və insanı infarktdan qoruması düzgün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.