Maraqlı

Orqanizmin viruslara qarşı davamlılığını artıran QİDALAR

26 Fevral 2022 08:46
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı həkim-diyetoloq Vera Şaroşkina orqanizmin viruslara qarşı davamlılığını artıran məhsulların adlarını açıqlayıb.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu ilk növbədə D vitamini ilə zəngin olan məhsullardır - dəniz balığı, balıq yağı, yumurta, süd məhsulları. D vitamini orqanizmin viruslara qarşı davamlılığını artıran əsas vitamindir.

Sinklə zəngin olan qidalar da burada böyük rol oynayır. Bu ət, pendir, çuğundur kimi məhsullardır.

C və A vitaminləri güclü antioksidant təsirinə görə orqanizmi gücləndirir, həmçinin A v C vitaminləri nəfəsalma sisteminin sağlamlığında böyük rol oynayır. A vitamini selikli qişaların normal fəaliyyətini təmin edir, C vitamini isə damar və kapilyarları möhkəmləndirir.

C vitamini ilə sitrus meyvələri, kivi, itburnu, kələm, bibər, A vitamini ilə isə kök, qaraciyər, balqabaq, yumurta, kərə yağı zəngindir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.