Maraqlı

Dünyanın ən böyük cilalanmış qara almazı hərracda satılıb

10 Fevral 2022 19:12
0 Şərh     Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük cilalanmış qara almazı Eniqma hərracda 3,16 milyon funt sterlinqə (4,3 milyon dollar) satılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 555,55 karatlıq qiymətli daşın mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülür.

Bir milyard yaşı olduğu təxmin edilən Eniqmanın asteroid vasitəsilə Yer planetinə gəlməsi barəsində də nəzəriyyələr mövcuddur.

Hərrac sahibi qiymətli daşı alanın adını açıqlamayıb, lakin satınalmadan bir qədər sonra kriptovalyuta sahibkarı Riçard Hart sosial media üzərindən Eniqmanın yeni sahibi olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.