Maraqlı

Rusiyalı həkim yalnız bir maddədən imtina etməklə 60 KQ ARIQLAYIB

12 Fevral 2022 20:30
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komsomolskaya pravda" qəzetində çox uğurlu arıqlama təcrübəsi haqqında məlumat tapdıq. Təcrübənin müəllifi tibb elmləri  doktoru damar cərrahı Aleksey Zudindir.

Saglamolun.az KP-ya istinadla bildirir ki, 2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.

Bir elmi nəzəriyyəyə əsasən, piylənmənin səbəbi mədədə yaşayan mikroblardır. Bu mikroblar aclığın əsas taqsırkarlarıdır. Mikrobların sevimli qidası "nişastadır". Nişasta ilə zəngin olan qidaları azaltmaqla bu mikrobların sayını da azaltmaq mümkündür.

Aleksey Zudin öz arıqlama təcrübəsini məhz bu elmi nəzəriyyə əsasında qurub. Həkim qidalanmasından kartof, çörək, makaron, düyü, manna, kolbasa-sosis məmulatları kimi məhsulları tam çıxardıb. Həmçinin şirin qazlı içkilər və spirtli içkilərdən də imtina edib.

Yalnız bu sadə qaydalar həkimə 60 kq artıq çəkidən qurtulmağa kömək edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.