Maraqlı

Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?

12 Fevral 2022 19:01
0 Şərh     Baxış: 1 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəhvə, çay və şokolad beyin sağlamlığını artırır və xəstəliklərə qarşı dözümlülük yaradır.

Alimlərin apardığı araşdırmaya görə, hər üç məhsulun davamlı istifadəsi zehni fəaliyyətin inkişafına təkan verir, insult zamanı neyronların ölümünün qarşısını alır, Parkinson və Alzheimer xəstəliyi, xərçəng riskini azaldır və neyronların degeneresiyasının qarşısını alır.

E-tibb.az bildirir ki, Yaşlanma üzrə Milli İnstitut və Con Hopkins Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində məlum olub ki, qəhvə, çay və şokoladda metilksantinlər kimyəvi birləşməsinə aid maddələr var. Tədqiqatçılara görə, metilksantinlər sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, zehni fəaliyyəti aktivləşdirir, insult, Alzheimer və Parkinson xəstəlikləri zamanı neyronların disfunksiya və ölümdən qoruya bilər.

Bundan əlavə, "World Journal of Surgical Onkology" jurnalda yayımlanan on bir tədqiqatın təhlili göstərib ki, qəhvə, çay və şokolad içmək Alzheimer xəstəliyi və beyin xərçəngi riskini də azaldır.

Okayama Universitetində aparılan bir araşdırma isə göstərir ki, kofedə olan komponentlər beyin hüceyrələrini qoruyur.   

Ancaq alimlər hesab edir ki, bu effekti əldə etmək üçün gündə təxminən 235 ml - yəni altı-səkkiz kiçik (!) fincan kofe içmək lazımdır. Yuxuya mane olmamaq üçün kofeni saat 14:00-a qədər içmək tövsiyə olunur. Bunu bir və ya iki stəkan isti şokoladla da əvəz etmək olar, ancaq qəhvə, çay, kakao şəkər, süd və ya qaymaqsız istifadə olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory