Maraqlı

Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın

8 Fevral 2022 23:15
0 Şərh     Baxış: 1 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Günəşin insan dərisi üçün faydalı tərəfləri ilə yanaşı zərərləri də az deyil.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, günəşin yarada biləcəyi ən böyük təhlükə məhz dəri xərçəngidir.

Bunun üçün mütəxəssislər insanlara bacardıqları qədər günəşdən uzaq olmağı tövsiyə edirlər. Mütəxəssislər bildirir ki, məhz bunun nəticəsidir ki, son zamanlar dəri xərçəngindən əziyyət çəkənlərin sayında artım olub.

Türkiyəli həkimlər bundan başqa, günəşin dəridə digər problemlərə yol açdığını da vurğulayıblar: "Günəş dəridə səthi və yaxud da çox dərin qırışlar, ləkələr yarada bilər. Dəridə müxtəlif ləkələrin yaranmasına səbəb ola bilər. Dərinin tez qocalmasında da günəş şüalarının rolunu danmaq olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.