Maraqlı

"Mastercard" və "Coinbase" NFT bazar əməkdaşlığı

29 Yanvar 2022 19:25
0 Şərh     Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mastercard" və "Coinbase"in əməkdaşlığı ilə istifadəçilər "Mastercard" kartları ilə "Coinbase" NFT bazarından NFT ala biləcəklər.

Milli.Az facemark.az-a istinadən bildirir ki, hazırda NFT satışları ümumiyyətlə kripto pul kisələri vasitəsilə həyata keçirilir. Kriptovalyuta bazarından kənar bir şəxs NFT almaq istəyirsə, əvvəlcə kripto pul kisəsi açmalı, sonra kriptovalyutaları almalı və nəhayət kriptovalyuta bazarından həmin NFT-ni almalıdır. "Mastercard" bu addımla NFT alış prosesini asanlaşdırdığını və istəyən hər kəsin NFT ala biləcəyini vurğulayıb. Həmçinin şirkət bu addımın NFT bazarının böyüməsinə töhfə verdiyini bildirib.

Qeyd edək ki, "Coinbase"in "Mastercard" əməkdaşlığı tanınmış NFT bazarları ilə rəqabəti asanlaşdıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.