Kainatın ilk saniyəsində mövcud olmuş hissəcikləri aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
CERN (Avropa nüvə araşdırmaları təşkilatı) fizikləri BAK-dakı (Böyük Adron Kollayder) kvark-qlüon plazma şəraitində ilk dəfə olaraq sirli X hissəciklərini aşkar ediblər. Qeyd etmək lazımdır ki, kvark-qlüon plazma şəraiti qurğuşun ionlarının toqquşmaları nəticəsində yaranıb. Alimlərin fikirlərinə əsasən sirli X hissəcikləri Böyük partlayışdan sonra qısa müddət ərzində mövcud olublar. Lakin həmin hissəciklərin nə olduqları hələ də sirr olaraq qalır. Belə ki, sözügedən hissəciklərin daxili strukturları hələ müşahidə edilməyib. Alimlər BAK-da 100 ədəd X hissəciyi aşkar ediblər. "Biz bu istiqamətdə tədqiqatlarımıza hələ start veririk. Bu, ilk addımdır. Növbəti bir neçə il ərzində biz, X hissəciklərinin daxili strukturlarını müşahidə edəcəyik" - deyə alimlər qeyd ediblər. Böyük partlayışdan sonrakı vəziyyət necə idi? Böyük partlayışdan sonra kainat indiki vəziyyətində olmayıb. Belə ki, Böyük partlayışdan sonra kainat tamamilə fərqli maddələrdən təşkil edilmişdi.
Fiziklər BAK-da məhz sözügedən plazmadan istifadə edərək X hissəciklərini müşahidə etməyə çalışıblar. Lakin bu hələ son deyil. Böyük partlayışdan sonra kainata yayılmış kark-qlüon plazması çox qısa müddət ərzində soyuyub və onun tərkib hissəsini təşkil etmiş hissəciklər birləşərək protonları və neytronları yaradıblar. Günümüzdə mövcud olan adi materiya isə məhz protonlardan və neytronlardan ibarətdir. Lakin kvark-qlüon plazmasının hissəcikləri toqquşan zaman onlar digər konfiqurasiyaları da yaradıblar. Söhbət, X hissəciklərindən gedir. Nəzəri cəhətdən hesab edilirdi ki, həmin hissəcikləri BAK-da yaradılan kvark-qlüon plazmasında aşkar etmək mümkündür. Beləliklə alimlər X hissəcikləri necə aşkar ediblər? BAK-ın işə düşməsi zamanı qurğuşunun müsbət yüklənmiş atomları yüksək sürətdə bir-biriləri ilə toqquşublar.
"X hissəciklər parçalanan zaman onlar müəyyən izlər qoyurlar. Söhbət, aşağı kütləyə sahib hissəciklər axınından gedir. Biz isə öz növbəmizdə X hissəciklərin parçalanmalarını xarakterizə edən qanunauyğunluqları təyin etməyi bacaran xüsusi alqoritmlər hazırladıq" - deyə alimlər qeyd ediblər. Məhz həmin alqoritmlər sayəsində alimlər böyük həcmli məlumatlar axınından 100 ədəd X hissəciyini aşkar edə biliblər. Hal hazırda alimlər bu hissəciklərin nədən ibarət olduqlarını təyin etmək üzrə çox az sayda məlumata sahibdirlər. Lakin bu sadəcə olaraq zaman məsələsidir. "Yaxın bir neçə il ərzində biz daha çox məlumata sahib olacağıq. Nəticədə biz, kainatın öz mövcudluğunun ilkin mərhələlərində hansı hissəcikləri yaratdığını biləcəyik" - deyə alimlər bildiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov





