Maraqlı

Ürək xəstəliklərinin nadir rast gəlinən səbəbi aşkarlanıb

23 Yanvar 2022 14:15
0 Şərh     Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər yeməyi zamanı istifadə edilən kərə yağı və pendirdən ibarət sendviç sağlamlıq üçün təhlükəlidir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Sergey Vyalov instaqram səhifəsində qeyd edib.

Həkim bildirib ki, tez-tez istifadə edilən sendviçlər mədəaltı vəziyə həddən artıq yüklənir. Nəticədə pankreatitin inkişaf riski artır.

Bundan əlavə, belə qəlyanaltı ürək-damar sisteminə də zərər verə bilər. Heyvan mənşəli qidalar qanda xolesterin və triqliseridlərin səviyyəsini yüksəldir, ateroskleroz tez inkişaf edir. Həmçinin ürəyin işemik xəstəliyi yaranır, infarkt riski artır.

Vyalovun fikrincə, pendir və yağlı sendviçlərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. O, qida qəbulu zamanı həm heyvan, həm də bitki mənşəli qidalardan istifadəni tövsiyə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.