11 yaşlı qızını Adnan Oktarla evləndirmək istəyən ana: "Porsche", "Ferrari" sürəcəksən"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə "Harun Yəhya" ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərdə ittiham olunan Adnan Oktarla bağlı yeni iddia irəli sürülüb.
Milli.Az xəbər verir ki, türkiyəli jurnalistlərdən biri səs yazısı ələ keçirib. Həmin qeyddə Türkiyədə yaşayan valideynlərdən birinin 11 yaşlı qızını Adnanla evlənməyə məcbur etməsini əks etdirən səs yazıları yer alıb. Uşağın anası qızına Adnan Oktara ərə gedəcəyi təqdirdə lüks və dəbdəbəli həyat tərzi yaşayacağını deyib:
"Hocamız çox yaraşıqlı və varlıdır, nə olsun ki, yaşlıdır, amma o, kraldır. Ona ərə getsən, "Porsche", "Ferrari" sürəcəksən. Boğazda evin olacaq. İndi yaşın azdır. Böyüyəndə məni daha yaxşı başa düşəcəksən. Kaş mənim evimdə xadimə çalışardı: yeməyimi bişirərdi, paltarlarımı yuyardı".
Sözügedən qızın 4 yaşı olanda İran əsilli atası anası ilə boşanıb. Bundan sonra ana İsveçrəyə köçüb. O, orada yenidən evlənib.
Xatırladaq ki, Adnan Oktara qarşı 2018-ci ildə İstanbul Baş Prokurorluğu tərəfindən əməliyyat təşkil olunub. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 175 nəfər həbs edilib. Ona 1075 il həbs cəzası verilib.
Adnana cinayət törətmək məqsədilə təşkilat qurması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başladı
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
XƏBƏR LENTİ
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başladı
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı





