Maraqlı

Təzyiq dərmanları içirsinizsə, bunları mütləq bilməlisiniz!

25 Yanvar 2022 08:51
0 Şərh     Baxış: 1 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arterial təzyiqi normada saxlamaq çox vacibdir.

Təzyiqin daim yüksək olması insan sağlamlığına ciddi ziyan vurur, infarkt, insult, ağır böyrək və göz xəstəliklərinin riskini xeyli artırır.

Həkimlər hipertoniya xəstələrinə təzyiqi tənzimləyən preparatları təyin edirlər. Bu preparatları müntəzəm olaraq içmək çox vacibdir.

Kanada alimlərinin son araşdırmaları göstərib ki, təzyiq dərmanlarının günün müəyyən vaxtında qəbulu onların effektivliyini xeyli artırır.

Belə ki, Alberta Universitetinin alimləri sübut edir ki, təzyiq dərmanların axşam yatmazdan qabaq qəbulu daha effektlidir və ürək tutması, insult və infarktın riskini 61% qədər azaldır.

Saglamolun.az bildirir ki, bundan əvvəl İspaniya alimləri də oxşar araşdırma aparıb və onlar da belə nəticələrə gəlib ki, təzyiq dərmanların yatmazdan əvvəl qəbulu bu dərmanların effektivliyini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.