Günahkar möminlərin halı necə olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah Təala Qurani-Kərimdə belə buyurur:
"Allah Ona şərik qoşanları əsla bağışlamaz. Ondan başqa günahları istədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşubsa, haqq yoldan tamamilə azmışdır" (Nisa, 4/116).
Biz Qurani-Kərimə baxdığımız vaxt görürük ki, Cəhənnəmdə həmişəlik qalmalı olan şəxslər Allaha şərik qoşub şirkə düşənlər və münafiqlərdir. Allah Təala onların həmişəlik Cəhənnəmdə qalacaqlarını və oradan heç vaxt çıxa bilməyəcəklərini bildirib. Burada belə bir sual meydana çıxır: Elə isə günahkar möminlərin halı necə olacaq? Bir insan nə qədər günahkar olursa olsun, qəlbində iman varsa, başqa sözlə bu insan mömindirsə, onun yeri axirətdə nəhayət ki, Cənnət olacaqdır. Çünki Cəhənnəmdə həmişəlik qalmalı olan insanlar dünyada ikən Allaha şərik qoşanlardır.
Diqqət yetirdinizsə, Allah Təala yuxarıdakı ayədə sadəcə olaraq şirki bağışlamadığını və heç vaxt bağışlamayacağını, şirkdən başqa günahları isə istədiyi şəxslər üçün bağışlayacağını bildirir. Bu halda buradan belə bir nəticə çıxır: Allah Təalanın bağışlamaq istəmədiyi şəxslər günahkar müsəlmanlardır ki, onlar da öz günahlarının cəzalarını çəkəcəklər. Bu, Allahın ədalətindən irəli gəlir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s. a. v.) də bir çox hədisində Allahın günahlarını bağışlamadığı günahkar möminlərin Cəhənnəmdə əzab çəkəcəklərini, lakin cəzalarını çəkdikdən sonra təmizlənmiş olaraq Cənnətə gedəcəklərini də istisna etməmiş, əksinə, özü bunu bildirmişdir.
Xüsusilə qeyd etmək və unutmamaq lazımdır ki, Allah Təalanın mərhəməti son dərəcədə genişdir və Allah qətiyyən zalim deyildir. Nə qədər günahkar olsa da, bir mömini bir kafirlə eyni səviyyədə mühakimə edib, hər ikisinə də Cəhənnəmdə əbədiyyən əzab verməz.
"De: "Ey özlərinin əleyhinə hədd-hüdud tanımayan (həddini aşmış) bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah bütün günahları bağışlayar. Heç şübhə yoxdur ki, O, çox bağışlayan, çox mərhəmət edəndir" (Zumər, 39/53).
Məryəm surəsinin 71-ci ayəsinə gəlincə, orada Allah Təala belə buyurur:
"Sizin aranızda elə bir kəs yoxdur ki, oraya getməsin. Bu, Rəbbinizin qəti bir hökmüdür".
Ayəyə diqqət yetirdinizsə, buradakı ifadə Cəhənnəmə getmək deyil, oraya getməkdir. Bununla da Cəhənnəmdə yanmalı olanların oraya girməkləri, Cənnətə getməli olan möminlərin isə Cəhənnəmin qabağından keçib oraları və içindəkiləri görməkləri nəzərdə tutulur. Deməli, bu minvalla oraya getməyən heç kəs qalmayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
XƏBƏR LENTİ
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”





