Maraqlı

SARIMSAQLI QATIQ arıqladır, immuniteti möhkəmləndirir, qəbizliyi yox edir... Resept

8 Yanvar 2022 08:59
0 Şərh     Baxış: 1 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sarımsaqlı qatıq qədimdə yemək kimi deyil, müalicəvi vasitə kimi istifadə olunurdu.

Onun köməyi ilə soyuqdəymədən tutmuş qəbizliyə qədər bir çox pozulmaları müalicə edirdilər.

Sarımsaqlı qatıq həqiqətən çox yaxşı müalicəvi və profilaktik vasitə kimi isifadə oluna bilər.

Saglamolun.az sizə sarımsaqlı qatığın faydalı xüsusiyyətlərini təqdim edir:

- bağırsaq mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir

- qəbizliyi aradan qaldırır

- qurd əleyhinə təsir edir

- immun sistemini stimullaşdırır

- arıqlamağa kömək edir

- bağırsaqları təmizləyir

Gün ərzində 1 stəkan sarımsaqlı qatıq içmək çox faydalıdır. 1 diş sarımsağı sarımsağəzənlə əzin, 1 stəkan qatığa əlavə edin, qarışdırın, 1 saat saxlayın, sonra için. Qatığa xırda doğranmış şüyüd də əlavə etmək olar.

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı sarımsaqlı qatıq ziyanlı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.