Maraqlı

Assanjın həbsxanada baş tutacaq nikahının tarixi barədə açıqlama verilib

17 Dekabr 2021 13:36
0 Şərh     Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WikiLeaks"in qurucusu Culian Assanj və onun nişanlısı Stella Morris 2022-ci ilin əvvəlindən tez evlənməyi planlaşdırmır. Bu barədə Morrisin özü bildirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qadın həbsxana ilə mütəmadi əlaqə saxlayır və mümkün qonaqların sayını müzakirə edir.

Qeyd edək ki, noyabrın sonlarında Morris evlilik üçün rəsmi müraciət etdiklərini açıqlayıb. Böyük Britaniyanın Dövlət Penitensiar Xidməti bəylə gəlinin həbsxanada nikaha daxil olmaq istəyini təsdiqləyib.

Xatırladaq ki, İngiltərə məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə vermişdi. Bundan sonra keçmiş MKİ zabiti Edvard Snouden "WikiLeaks"in yaradıcısını siyasi məhbus adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.