Maraqlı

Yol qırağında yaşayanlarda bu XƏSTƏLİYİN RİSKİ daha çoxdur

1 Yanvar 2022 19:15
0 Şərh     Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşınqton Universiteti (ABŞ) alimləri yol qırağında yaşayan 6 min insanı müayinə etdikdən sonra  belə qərara gəliblər ki, onlarda ürək-damar sistemi xəstəliklərinin riski daha yüksək olur.

Avtomobillərin havaya buraxdığı ziyanlı qaz orqanizmdə "yaxşı" xolesterinin səviyyəsini aşağı salır ki, bu da "pis" xolesterinin səviyyəsinin qalxmasına səbəb olur. Orqanimdə "pis" xolesterinin artması aterosklerozun və nəticədə ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

Sciencedaily.com xəbər verir ki, alimlərin müşahidələrinə görə, iri magistral yolların qırağında artıq 3 ay yaşayandan sonra insanlarda "yaxşı" xolesterinin səviyyəsində dəyişikliklər baş verir.

Beləliklə, alimlər iri magistral yolların yanında yaşamağı tövsiyə etmirlər ki, bu ürək-damar sistemi xəstəliklərinin və vaxtından tez ölümün riskini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.