Maraqlı

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

1 Yanvar 2022 15:01
0 Şərh     Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gicitkən qədim zamanlardan faydalı müalicəvi bitki kimi tanınır. Həmçinin təzə gicitkən qiymətli qidalı məhsuldur.

Yazda təzə gicitkəndən çox dadlı və faydalı sup, borş bişirmək, salatlara, gutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar.

- Saglamolun.az xəbər verir ki, təzə gicitkən C vitamini ilə olduqca zəngindir. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır.

- A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır.

- Təzə gicitkən qanazlığı zamanı da çox faydalıdır. Qədim zamanlarda təzə gicitkəni ağır doğuş keçirmiş və çoxlu qan itirmiş qadınlara verirdilər. Bu onlara daha tez ayağa qalxmağa kömək edirdi.

- Gicitkən qədimdən "qadın otu" sayılır. Bu ot qadınlarda güclü menstrual qanaxmaları azaldır, menstrual ağrıları zamanı kömək edir.

- Təzə gicitkən orqanizmə əlavə güc verir, orqanizmin tonusunu qaldırır, insanı daha gümrah edir.

- Gicitkən həzm proseslərini yaxşılaşdırır, bağırsaqları təmizləyir.

- Təzə gicitkən şəkərli diabet xəstələri üçün də faydalıdır.

Təzə gicitkəndən hazırlanmış çay da çox faydalıdır. Belə çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 x.q. doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, sonra süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için.

Qanı qatı olan, varikoz xəstəliyi və yüxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory