Maraqlı

QANAZLIĞInın əsas 10 simptomu. QAÇIRMAYIN!

1 Yanvar 2022 07:51
0 Şərh     Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanazlığı çox yayılmış pozulmadır. Bu pozulmanın əsas səbəbi orqanizmdə dəmir, fol turşusu və ya B12 vitamininin çatışmazlığıdır.

Qanazlığı daha tez-tez qadınlarda və uşaqlarda inkişaf edir.  Bu çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və aradan qaldırmaq lazımdır.

Qanazlığının simptomları arasında:

- iş qabiliyyətinin kəskin azalması

- zəiflik, yorğunluq

- yuxululuq

- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi

- yaddaşın zəifləməsi

- başgicəllənməsi, bayılmalar (ağır hallarda)

- təngənəfəslik

- ürək döyünməsinin tezləşməsi

- dərinin, dırnaqların və saçların vəziyyətinin pisləşməsi  - dəri solğun, dırnaqlar kövrək olur, saçlar tökülür

- qeyri-adi dadlara və iyləri (benzinin, boyanın iyi, təbaşirin, farşın dadı və s.) meyilin artması.

Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.