Maraqlı

Pul saymaq beyin qan dövranını yaxşılaşdırır

23 Dekabr 2021 07:01
0 Şərh     Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Minessota Universiteti (ABŞ) alimləri çox maraqlı eksperiment aparıblar. Onlar pul saymağın insanın sağlamlğına və əhvalına olan təsirini araşdırıblar.

Araşdırma göstərib ki, pul saymaq stresi azaldır, əhvalı və beyin qan dövranını yaxşılaşdırır.

Söhbət həm kağız puldan, həm də xırda puldan gedir. Bunun sadə elmi izahı var - barmaqların kiçik motorikası (barmaqların hərəkətləri) beyinin fəaliyyətinə müsbət təsir edir, onu stimullaşdırır.

Lakin həkimlər xəbərdarlıq edir - pul ən çirkli "əşya"lardan biri sayılır. Araşdırmalar göstərib ki, pulların üzərində 200-ə (!) qədər müxtəlif ziyanlı mikrob ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.