Maraqlı

İmmuniteti gücləndirən PULSUZ VASİTƏ

23 Dekabr 2021 08:01
0 Şərh     Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuq fəsillərdə biz daha tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutuluruq.

Bunun əsas səbəbi bu fəsillərdə immun sisteminin zəifləməsidir.

Təbiət bizə immun sistemini möhkəmləndirmək üçün bir çox vasitələr bəxş edib. Saglamolun.az oxucularına bu vasitələrdən birini təqdim edirik.

Şam ağacının iynəyarpaqları efir yağları, fitonsidlər, C vitamini ilə zəngindir. Bü maddələr immun sistemini gücləndirir, orqanizmə iltihab və mikrob əleyinə təsir edir.

Termosa 2 x.q. xırda doğranmış iynəyarpaqları (yol kənarlarında bitən ağaclardan yığmayın!) və üzərinə 2 stəkan isti su töküb axşamdan səhərə qədər dəmləyin. Səhər dəmləməni süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla qəbul edin. Dəmləmənin dadını yaxşılaşdımaq üçün ona limon və bal əlavə edin. Hazır dəmləməni soyuducuda saxlayın.

Bu vasitə həmçinin damarları möhkəmləndirir, sakitləşdirir, baş ağrılarını azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.