Maraqlı

Nə üçün yeməkdən sonra yatmaq olmaz?

9 Dekabr 2021 02:02
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeməkdən sonra insanlar adətən yuxululuq hiss edir. Lakin həkimlər yeməkdən dərhal sonra yatmağı tövsiyə etmir.

Mütəxəssislərin fikirinə görə, bu orqanizmdə ciddi pozulmalara səbəb ola bilər.

Belə ki, yeməkdən sonra yatan insanlarda reflüks-ezofagit xəstəliyinin riski artır. Mədə dolu olarsa,   uzanaq vəziyyətdə yemək mədədən geriyə - qida borusuna düşə bilər. Mədədən fərqli olaraq qida borusunun divarları xüsusi selikli qişa ilə qorunmur. Turş kütlə qida borusunun divarlarını yandırır, iltihaba, eroziyaların yaranmasına səbəb olur. Bu hal daim təkrarlanırsa, qida borusu xərçənginin riski artır.

Mədədə olan kütlə tək qida borusuna deyil, qırtlağa, nəfəs yollarına da düşə bilər ki, bu da ilthaba, xroniki öskürəyə səbəb olur.

Yeməkdən sonra yatan insanın qanında şəkərin səviyyəsi qalxır ki, bu da gələcəkdə 2-ci tip şəkərli diabetin riskini artırır. Şəkərli diabet xəstəliyi olan insanlar yeməkdən sonra yatmamalıdır.

Yuxu zamanı orqanizmdə gedən bütün proselər, o cümlədən, həzm prosesləri ləngiyir. Bu isə həzmin pozulmalarına, mübadilə proseslərinin ləngiməsinə, çəkinin artmasına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.