Hadisə

Yevlaxda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

1 Oktyabr 2021 16:44
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxsin daha bir əməlinin də üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb. Saxlanıldıqdan sonra Ə.Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1000 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi də müəyyən edilib.

Onun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.