Hadisə

Qaynını öldürən şəxs həbs edildi

14 Avqust 2021 11:04
0 Şərh     Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 2-də 1984-cü il təvəllüdlü Siyəzən şəhər sakini Hüseyn Hüseynova qaynı tərəfindən sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Siyəzən rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qaynı Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Toplanmış kifayət qədər sübutlar əsasında Əliyev Qabil Valeh oğluna Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.