Hadisə

“Mercedes” suya düşdü, sürücü öldü

12 Avqust 2021 12:24
0 Şərh     Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində "Mercedes" markalı minik avtomobili su kanalına düşüb. FHN-in əməkdaşları avtomobili su kanalından çıxarıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.