Aylardır döyüldüyünü deyən qadın öldürüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan qafqazinfoya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlamış, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər. Onlar qadına köməklik göstərilməsi və ərinin təzyiqlərinin dayandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etsələr də, nəticə olmadığını bildirirdilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
XƏBƏR LENTİ
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı





