Hadisə

Qanunsuz gətirilən tibbi preparatlar və içkilər müsadirə edildi - FOTO

10 İyul 2021 14:27
0 Şərh     Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn "DAF" markalı iki yük avtomobilinə "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttində baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 250 həb, 124 flakon müxtəlif adda dərman preparatları, 12 ədəd kosmetoloji maye, 16 ədəd implant gelləri, şprits üçün iynələr, eləcə də 32 ədəd müxtəlif markada və ölçüdə spirtli içkilər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.