Hadisə

Sel qaz sayğaclarını da apardı - VİDEO

8 İyul 2021 17:12
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü külək və normadan artıq yağıntının düşməsi Şəmkir rayonunun Seyfəli kəndi, Morul deyilən ərazi, Kiraz yolu, Könüllü kəndində ciddi fəsadlar törədib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, qaz təsərrüfatına xeyli ziyan dəyib. Şəmkir rayonunda qeydə alınan güclü yağıntı zamanı "Azəriqaz" İstehsalat Birliyinə məxsus bir neçə qaz sayğacını sel suları aparıb. Regiondakı bütün təmir-tikinti qüvvələri hadisə yerinə cəlb edilib. Tezliklə təbii qaz təminatı ilə bağlı çətinliklər aradan qaldırılacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.