Hadisə

Qəfil çıxan piyada qəzaya səbəb oldu - Bakıda avtomobil mağazaya girdi - FOTO

6 İyun 2021 09:45
Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. Sürücü piyadanı vurmamaq üçün manevr edib.

Nəticədə idarəetmədən çıxan avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.